Avq
2017
12:09
32
89
3639
Virtual karabakh

Taksi sürücülərinin nəzərinə: Cəzalana bilərsiniz – VİDEO

9 Avq, 2017
12:09
3639

Taksi sürücülərinin nəzərinə: Cəzalana bilərsiniz – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Taksi sürücüləri buna əməl etməsələr, cəzalanacaqlar.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, taksi sürücüləri avtomobili dayanacaqdan kənarda saxlasa, cərimələnəcəklər.

Vaqif Əsədov (BŞYPDİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri): “Taksi fəaliyyətilə məşğul olan sürücülərin istədikləri ərazidə park edib müştərilərə xidmət göstərməsi yol hərəkəti qanununun pozulması kimi qiymətləndirilir. Eyni zamanda, dayanma, durma, parklanma tələblərinin pozulmasıdır ki, bu da süni sıxlığın, tıxacların, yol qəzalarının yaranmasına səbəb olur”.

Qəbul edilən qərarın qüvvəyə minməsi yollarda tıxacın yaranmasını azaldacaq.

Ərşad Hüseynov (ekspert): “Əgər taksi sürücüsü sifariş qəbul etmək üçün 5-14 nişanı ilə işarələnmiş taksi dayanacağından kənarda dayanarsa, onlara 50 manatadək cərimə tətbiq oluna bilər. Bunun təcrübədən keçirilməsi o qədər də asan olmayacaq”.

Qanun bütün ölkəyə şamil olunsa da, təəssüf ki, bütün şəhər və rayonlarda taksi dayanacaqları yoxdur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri