10 
Avq
2017
08:36
8
135
2356
Virtual karabakh

Astarada avtomobil ağaca çırpıldı, ölən və yaralanan var

10 Avq, 2017
08:36
2356

Astarada avtomobil ağaca çırpıldı, ölən və yaralanan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, hadisə Ələt-Astara yolunun Maşğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astaranın Təngərüd kənd sakini, Xəqan adlı şəxs “VAZ-2106” markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə mağazaya, sonra isə ağaca çırpılıb.

Nəticədə avtomaşında adıçəkilən şəxs hadisə yerində ölüb. Avtomaşında olan digər bir nəfər yüngül xəsarət alıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində göndərilib.  Fakt araşdırılır.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri