11 
Avq
2017
11:29
15
109
1580
Virtual karabakh

Mərakeş səfirliyinə məxsus avtomobil qəza törətdi

Mərakeşin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.

Mərakeşin Bakıdakı səfirliyinə məxsus, 1974-cü il təvəllüdlü Xalid Berrahalın idarə etdiyi “Dodge” markalı, 054 D 003 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq səkiyə çırpılıb. Nəticədə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

E.Ə.
www.oxu.az

Digər Avto-Moto xəbərləri