Sen
2017
22:32
12
270
4548
Virtual karabakh

Göyçayda ağır yol qəzası: 7-si bir ailənin üzvü olmaqla, 9 nəfər xəsarət aldı

9 Sen, 2017
22:32
4548

Göyçayda ağır yol qəzası: 7-si bir ailənin üzvü olmaqla, 9 nəfər xəsarət aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçayda ağır avtomobil qəzası baş verib. Hadisə yerində xəsarət alan 9 nəfərin adları məlum olub. 

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Jiquli”də olan 7 nəfər - Qobustan rayonu Poladlı kənd sakinləri, 1976-cı il təvəllüdlü Quliyev Feyzi Rəcəb oğlu, 1970-ci il təvəllüdlü Quliyev Cümşüd Rəcəb oğlu, 2013-cü il təvəllüdlü Quliyeva Səbinə Feyzi qızı, 1997-ci il təvəllüdlü Quliyeva Şəhanə Feyzi qızı, 1980-ci il təvəllüdlü Quliyeva Şəhla Hacıbala qızı, 2002-ci il təvəllüdlü Quliyev Fərasət Feyzi oğlu, 1970-ci il təvəllüdlü Quliyeva Şəhla Xası qızı ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“Mercedes”in sürücüsü, Bakı sakini Cavidan Ağazadə, sərnişini Göyçay sakini Natiq Məmmədov yüngül xəsarətlər aldığı üçün ona tibbi yardım göstərilərək evə buraxılıb. Sürücü Feyzi Quliyev vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Yaralı Şəhla Quliyevanın hamilə olduğu bildirilir. Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki,  “Mercedes” markalı avtomobilin sərnişini Natiq Məmmədov Bakıdan Göyçaya, qardaşı Nicat Məmmədovun toy mərasiminə gedirmiş və yolda Qobustan sakininə məxsus “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri