11 
Sen
2017
22:51
9
242
4735
Virtual karabakh

Lənkəranda iki avtomobil toqquşub, ölən var – YENİLƏNİB + FOTO

11 Sen, 2017
22:51
4735

Lənkəranda iki avtomobil toqquşub, ölən var – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda baş verən ağır yol qəzasının bəzi təfərrüatları, həmçinin ölən və yaralananların adları məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə eyni toyda iştirak edən maşınların toqquşması nəticəsində baş verib.

Avtomobillərdən biri toydan çıxıb evə gedən zaman digər avtomobil həmin şənlikdə iştirak edən qızını götürməyə gəlirmiş.

Qəza zamanı “VAZ 2106” markalı minik avtomobilinin sürücüsü Əliyev Qalib Fərəməz oğlu ölüb, qızı Əliyeva Rumiyyə isə xəsarət alıb.

Digər yaralı isə “Mercedes”in sürücüsü Rzayev Zaur Kamal oğludur. Onların hər üçü Lənkəran rayon Avrora kənd sakinləridirlər.

22:23

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Oxu.Az-ın APA-ya istinadən məlumata görə, hadisə Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, “VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri