12 
Sen
2017
20:58
22
169
2746
Virtual karabakh

Bakı-Şamaxı yolunda sürüşmə baş verdi

12 Sen, 2017
20:58
2746

Bakı-Şamaxı yolunda sürüşmə baş verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də uçqun, çökmə, axıntı tipli sürüşmə prosesi baş verib.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmənin məhsulları yola tökülüb.

Ə.Qaralov qeyd edib ki, bundan başqa, Şamaxı rayonunda bir necə il əvvəl inşa olunan Çuxuryurd-Qızmeydan yolunun 2-4-cü km-də sürüşmə sahəsində aktivlik müşahidə edilir.

Ə.Qaralov əlavə edib ki, Bakı-Ağsu magistral yolunun 132-156-cı km-də yenə də lokal tipli müəyyən çökmələr, torpaq uçqunları baş verib: “Bu yollardakı sürüşmə əraziləri yeni əmələ gəlməyib. Burada zaman-zaman həmişə sürüşmələr baş verir".

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri