12 
Sen
2017
23:32
24
340
11517
Virtual karabakh

Kürdəxanıdakı qəzada ölənlərin sayı üçə çatıb – VİDEO

Bakının Kürdəxanı qəsəbəsində baş vermiş ağır qəzada ölənlərin sayı 3-ə çatıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə zamanı ağır xəsarət almış və 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlu həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, qəza zamanı ağır xəsarət almış 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı dünən xəstəxanada ölüb.

Ağır qəzada xəsarət almış digər şəxslər - özəl klinikaya köçürülmüş 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Nurəddin oğlu və 3 saylı Kliniki Tibbi Mərkəzə köçürülmüş 1991-ci il təvəllüdlü Qocayev Elxan Məmməd oğlu koma vəziyyətindədir.

Qeyd edək ki, qəzaya səbəb "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşını yol hərəkətini pozması olub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.

S.B.
www.oxu.az

Digər Avto-Moto xəbərləri