13 
Sen
2017
22:42
11
117
4011
Virtual karabakh

Piyadaların ən çox etdiyi beş səhv – VİDEO

Kimi yola baxmır, kimi isə piyada keçidi olsa belə ondan istifadə eləmir. 2017-ci ilin son 6 ayı ərzində baş verən yol qəzalarının 50 faizində piyadalar vurulub. Bəzi qəzalarda səhv piyadaların özlərində olur.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, yol hərəkəti üzrə ekspert Tural Yusifov Azərbaycanda piyadaların ən çox etdiyi beş səhvi açıqlayıb .Onun sözlərinə görə baş verən qəzaların əksəriyyəti elə bu səhvlər səbəbindən olur.

Sürücülər üçün ən təhlükəli piyadalar yolun yarısına qədər gəlib keçməkdə tərəddüd edənlərdi.

Piyadaların ən çox etdiyi səhvlərdən daha biri isə səki ilə deyil yolun hərəkət hissələrindən istifadə etmələridir.

Bəzi piyadalar həmçinin keçiddən istifadə etməyərək özlərini təhlükəyə atırlar. Bəziləri isə qarşıdan gələn yalnız birinci avtomobili nəzərə alırlar, lakin onun arxasınca gələn digər nəqliyyat vasitələrini fikirləşmirlər. 

Ən təhlükəli məqamlardan biri piyadaların etdikləri bu səhvlərə öz övladlarını da ortaq etmələridir. Nəticədə valideynindən bu yanlış addımı öyrənənlərin də gələcəkdə həyatlarını təhlükəyə atmaları qaçınılmazdır. 

S.B.
www.oxu.az

Digər Avto-Moto xəbərləri