18 
Sen
2017
15:28
88
17
3472
yuxarı
Salamzadə küçəsi genişləndirilib
18 Sen, 2017
15:28
3472
88
17
Salamzadə küçəsi genişləndirilib
Bakının Yasamal rayonunda, Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb.
Bu barədə Oxu.Az-a “Azəravtoyol” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, genişləndirilən yol hissəsinin uzunluğu 400 metrdir. Küçənin “Qələbə dairəsi”nə doğru olan hissəsində əsas yolla köməkçi yolu ayıran ayrıcı zolaq ləğv edilib. Nəticədə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub, həmçinin əlavə daha 1 hərəkət zolağı yaranıb.
Genişləndirmə işləri aparılan hissəyə 2 qat olmaqla, yeni asfalt-beton örtüyü döşənib və yola üfüqi nişanlanma xətləri çəkilib.
E.Ə.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək