Okt
2017
17:15
24
323
6589
Virtual karabakh

Yol polisi avtomobilləri parkomatın yanından apardı – VİDEO

9 Okt, 2017
17:15
6589

Yol polisi avtomobilləri parkomatın yanından apardı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində Bakı Şəhər İcra Hakimiyyətinin quraşdırdığı parkomatların yanından 10-dan çox avtomobil qanunsuz olaraq cərimə meydançasına aparılıb.

Oxu.Az-ın məlumatına görə, sürücülər lent.az-a bildirir ki, müvafiq dövlət qurumunun icazəsi ilə qoyulmuş parkomatların yanında avtomobillərini saxlayıb, dayanacaq pulunu ödəsələr də, evakuatorlar nəqliyyat vasitələrini cərimə meydançasına aparıb. Polis sürücülərə bildirilib ki, parkomat qanunsuz qoyulub.

Bakı şəhər İcra Hakimiyyətinin hadisə yerində olan əməkdaşları isə bildirib ki, avtomobilləri cərimə meydançasına aparan şəxslər qanunsuzluq ediblər: “Bizim burada parkomatlarımız var. Nəqliyyat vasitələrini saxlamaq qanunidir. Lakin avtomobilləri aparanlar iddia edir ki, parkomat qanunsuz qoyulub. Gülməli vəziyyət yaranıb”.

Qeyd edək ki, avtomobilləri qanunsuz şəkildə cərimə meydançasına aparan evakuatorun dövlət nömrə nişanı 90 JM 008-dir.

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, hardasa parkomat qoyulubsa, o demək deyil, orada nəqliyyat vasitələrini saxlamaq olar: “Ola bilsin ki, parkomat düzgün qoyulmayıb. Mən indi bu məsələdən xəbərsizəm”.

YPX rəsmisinin sözlərinə görə, cərimə meydançasından ona bildiriblər ki, həmin ərazidən yalnız  piyada keçidin üzərində olan avtomobillər götürülüb. (Videodan görünür ki, bu, belə deyil).

Vaqif Əsədov qeyd edib ki, həmin sürücülər cərimə meydançasına yaxınlaşıb, avtomobillərinin niyə aparılmasını öyrənə bilərlər: “Həmin sürücülər cərimə meydançasına yaxınlaşsın. Onlara nəqliyyat vasitələrinin şəkillərini  göstərəcəklər və niyə aparılmasını izah edəcəklər”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri