12 
Okt
2017
15:37
190
51
13554
Virtual karabakh

Bakıda baş redaktorun avtomobilini yararsız hala saldılar – FOTO

12 Okt, 2017
15:37
13554

Bakıda baş redaktorun avtomobilini yararsız hala saldılar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

10 oktyabr 2017-ci ildə, saat 17:00 radələrində, Naxçıvani küçəsində “42-ci paralel” jurnalının baş redaktoru Mehriban Məmmədzadənin şəxsi avtomobilinə qəsdən ciddi ziyan vurulub.

Oxu.Az Big.az-a istinadən xəbər verir ki, avtomobilin sol qabaq və arxa şinləri kəsici alətlərlə doğranaraq, istifadəyə yararsız hala salınıb. 

Mehriban xanımın sözlərinə görə, o, avtomaşını saxlayıb-gedib, bir saatdan sonra gəlib ki, avtomobil şinləri doğranmış vəziyyətdədir. Jurnalist dərhal 102 xidmətinə müraciət edib. Bir qədər sonra isə Bakı şəhərinin 5-ci polis bölməsinin təhqiqatçısı Elvin Bəşirov xanım jurnalistdən ifadə alıb. 

Məmmədzadənin sözlərinə görə, həmin ərazidə artıq bir neçə avtomobilin şini bu şəkildə doğranaraq, yararsız hala salınıb. Lakin indiyə kimi polis həmin hadisələrdən heç birinin üstünü aça bilməyib. Xanım jurnalist ona görə narahatdır ki, onun avtomaşınına zərər vuranları da tapa bilməzlər. Jurnalistin dediyinə görə, avtomaşının şinlərinin biri 700 manatadır, ona 1400 manat zərər dəyib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri