Noy
2017
10:10
57
30
8424
Virtual karabakh

Bakıda taksi xərclərinə necə qənaət etməli?

8 Noy, 2017
10:10
8424

Bakıda taksi xərclərinə necə qənaət etməli?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər insan taksidən istifadə edərkən tez, rahat və bununla yanaşı, bahalı olmayan xidmətlərdən yararlanmaq istəyir.

Şəhər sakinlərinin bu mövzu ilə əlaqədar suallarına cavab veririk və onların mümkün qədər sərfəli şəkildə taksi sifariş vermələrinə yardım edirik. 

Gediş haqqını az vermək olar? 

Əlbəttə, olar. Adətən, iri taksi şirkətləri endirimli gediş üçün promo kodlar paylayırlar. Bunlar ilk gedişlə, ya da şəhərdə yeni işə başlamaqla bağlı promo kodlar ola bilər. Məsələn, “Maxim” xidmətində OXU promo kodu taksi ilə gedişdə 3 manat əldə etməyə imkan verir.

Promo koddan bir dəfə istifadə etmək olar. Bununla imtiyazlar bitir? 

Yox. Şirkətlərdə müştərilər üçün mükafat proqramları var. “Maxim” xidmətində istənilən “Maxim: taksi sifarişi” əlavəsinin istifadəçisi belə proqramın iştirakçısına çevrilə, gediş haqqı üçün mükafat manatlar yığa, bununla da əlavə imtiyazlar əldə edə bilər.

İstifadəçi əlavənin menyusunda “promo kodu daxil et” bölməsində şəxsi promo kod görəcək. Onu sosial şəbəkələr, messencer, SMS, e-mail və ya istənilən digər rahat yolla paylaşmaq olar. Kodu qəbul edən şəxsə əlavəni quraşdırmaq və alınmış promo kodu daxil etmək barədə bildiriş gələcək. Kodu aktivləşdirən hər istifadəçinin hesabına 0,5 mükafat manat köçürüləcək. Yeni istifadəçi 3 mükafat manat əldə edəcək. Mükafatları toplamaq və onunla gediş haqqını 30%-dək ödəmək olar. 

Bəs promo kod yoxdursa, qənaət etmək mümkün deyil?

Mümkündür. Müasir taksi sifarişi xidmətlərində dinamik qiymətqoyma sistemi işləyir: gediş haqqı nəqliyyat xidmətinə tələbatdan asılıdır. Nəqliyyatın ən qızğın vaxtlarında xərclər yuxarıdır, adamların az getdiyi saatlarda isə qiymət daha münasibdir. Beləliklə, əgər nahar vaxtı şəhərin bir hissəsindən digər hissəsinə getmək lazımdırsa, avtomobili 11:00-12:00 radələrində sifariş etməklə qənaət etmək olar. Saat 12:20-də artıq qiymət dəyişəcək. 

“Maxim” xidmətində olduğu kimi, fiksə olunmuş qiymətlərin də müsbət tərəfləri var. Sərnişin istənilən marşrut üzrə gedişin qiymətini əvvəlcədən hesablaya bilər. Avtomobil tıxaca düşsə belə, qiymət dəyişməyəcək. Bu cür sistem büdcəni asanlıqla planlaşdırmağa imkan verir. 

Bakıda taksi sifarişi xidmətləri çoxdur. Onlardan hansını seçməli? 

Ən yaxşısı, əsaslı surətdə xidmətin keyfiyyətinin qayğısına qalan iri beynəlxalq şirkəti seçməkdir. Adətən, bu cür şirkətlə daha çox sürücü əməkdaşlıq edir, bu da sifariş etdiyiniz xidmətin ünvana daha tez gəlməsinə zəmin yaradır.

İstifadəçi iri şirkəti müəyyənləşdirmək üçün xidmətin əlavəsinin yüklənmə sayına diqqət yetirə bilər. Əgər say “Maxim: taksi sifarişi” əlavəsi kimi, milyonu ötübsə, bu, yaxşı göstəricidir. 

Adətən, avtomobil telefonla – operator vasitəsilə sifariş edilir. Məgər əlavə daha rahatdır? 

Hə. Əlavədə olan bir çox funksiyanın icrası operator vasitəsilə sifariş zamanı mümkün deyil. Məsələn, “Maxim: taksi sifarişi”ndə (taximaxim.com) sifariş tarixlərinə, xəritədə avtomobilin olduğu yerə baxmaq imkanı var. Çatda sürücü ilə ünsiyyət qurmaq, gedişin keyfiyyətini qiymətləndirmək və rəy bildimək olar. Sifariş bir neçə saniyə ərzində verilir: bunun üçün marşrut ünvanını daxil etmək, tarifi, ödəmə üsulunu seçmək və “Sifariş etmək” ifadəsinə basmaq kifayət edir. Avtomobil təyin olunan kimi əlavəyə bu barədə bildiriş gəlir. 

Əgər sifarişi operator vasitəsilə yerinə yetirmək istəsək, gedən zəngə görə pul ödəməliyik? 

Heç də həmişə yox. Bəzi şirkətlər qısa callback-nömrələrdən istifadə edir: müştərinin zəngi kəsilir və operator özü ona zəng edir. Nəticədə sərnişin üçün zəng tamamilə pulsuz başa gəlir. Sistemin əlavə müsbət tərəfi ondan ibarətdir ki, operatorun cavabını gözləmək lazım deyil.

Maxim” xidmətinə *2111 nömrəsi ilə sifariş vermək olar. 

Taksi sifarişində qənaət etmək üçün bunları etmək lazımdır: promo kod almaq, loyallıq proqramında iştirak etmək, gediş haqqında olan dəyişiklikləri izləmək, mobil əlavə vasitəsi və ya pulsuz callback-nömrə ilə sifariş etmək. Ən əsası isə, bütün bu imkanları təqdim edən müasir xidmətdən istifadə etmək. 

Getmək vaxtıdır!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri