14 
Noy
2017
21:28
168
65
17190
Virtual karabakh

Sürücüləri 150 manat cərimələyəcək qanun dəyişdirilə bilər? – VİDEO

14 Noy, 2017
21:28
17190

Sürücüləri 150 manat cərimələyəcək qanun dəyişdirilə bilər? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 noyabr tarixindən etibarən avtomobillərin yan şüşələrinə quraşdırılan jalüzlərin istifadəsi qadağan olunacaq. Qaydalara riayət etməyən sürücülər məsuliyyətə cəlb ediləcəklər.

Oxu.Az-ın xəbərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lider TV-yə açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin arxa sağ-sol qapı şüşələrindən jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən, 150 manat məbləğində cərimə olunacaqlar.

Sürücülər isə məsələyə bu cür yanaşmanı birmənalı qarşılamayıblar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri