15 
Noy
2017
08:39
24
235
1577
Virtual karabakh

Bakıda 11 mindən çox sürücü avtomobili sərxoş idarə edib

15 Noy, 2017
08:39
1577

Bakıda 11 mindən çox sürücü avtomobili sərxoş idarə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 2017-ci il yanvarın 1-dən noyabrın 11-dək Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində 590 mindən artıq inzibati protokol tərtib edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, 11 mindən artıq sürücü avtomobili sərxoş idarə etdiyinə görə, 6218 sürücü ötmə, manevr etmə qaydalarının pozulmasına, 127 568 sürücü yolayrıcını keçmə qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib.

Bundan başqa, 83 567 piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri