17 
Noy
2017
11:48
91
33
7544
Virtual karabakh

“Alfa Romeo”nun ilk krosoveri artıq Bakıda – FOTO

17 Noy, 2017
11:48
7544

“Alfa Romeo”nun ilk krosoveri artıq Bakıda – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 16-sı “Alfa Romeo”nun Azərbaycanda rəsmi distribüteri “Avtolux Azerbaijan” şirkəti Ü.Hacıbəyli, 57 ünvanında yerləşən “Showroom”da  ilk krosoveri (SUV) “Alfa Romeo Stelvio” modelinin təqdimatını keçirib.

Oxu.Az xəbər verir ki, bu model 100 ildən artıq tarixə malik olan “Alfa Romeo”nun ilk krosoveridir.

Tədbirdə çıxış edən “Avtolux Azerbaijan” şirkətinin baş direktoru İbrahim Əhmədov bildirib ki, “Avtolux Azerbaijan” model cərgəsinə daha bir avtomobil əlavə etdi.

O qeyd edib ki, avtomobil Şərqi Alp dağlarının arasında yerləşən aşırımın adını daşıyır. 2700 m yüksəklikdə yerləşən sərt döngəli yol italyan idman avtomobil həvəskarları arasında çox sevilən məkandır.

“Alfa Romeo Giulia” ilə eyni platformada yığılmış “Stelvio”nun tək xarici görünüşü deyil, mühərriki, sürət qutusu, salon interyeri də “Giulia”ya bənzəyir.

“Giulia” modeli kimi, “Stelvio” da “Alfa Romeo”ya xas olan 3 tərkib hissədən ibarətdir: nisbət, sadəliyi və yüksək performans. Qeyd etmək lazımdır ki, “Alfa Romeo Stelvio” sahibinə fərqli təhlükəsizlik sistemləri təklif edir. 

“Avtolux Azerbaijan” şirkətinin brend meneceri Azər Cəlilov avtomobilin texniki xüsusiyyətlərindən danışıb. 

O qeyd edib ki, 2.0 l həcmli mühərrik, 280 a. g. və 8 pilləli avtomatik transmissiya ilə təchiz olunmuş “Stelvio” avtomobili özündə ənənəvi italyan üslubunu, eləcə də, yüksək texnologiyanı birləşdirir.

“Modelin uzunluğu 4680mm, eni (yan güzgüləri nəzərə almaqla) 2160 mm, hündürlüyü 1670mm, təkər bazası isə 2820 mm təşkil edir: “680 l həcmli baqaj hissəsi “Stelvio”nun qısa bir zamanda Azərbaycanlı ailələrin sevimlisinə çevriləcəyinə əminik. Dəbdəbəli, sadə və lakonik cihazlar paneli “Stelvio”nun “Alfa Romeo” kimi zəngin tarixi, təcrübəsi və ənənələri olan brendə məxsus olduğunu bir daha vurğulayır. O, sürücüyə tam komfortlu şəraitdə yola hakim olma hissi yaşadır. 

Bizdə bütün “Alfa Romeo” avtomobillərinə ilk 60 min km zavod istehsalı zəmanəti verilir.  “Avtolux Azerbaijan” şirkəti “Alfa Romeo" avtomobillərinə rəsmi servis xidmətləri göstərir və anbarda ehtiyat hissələri mövcuddur. 

“Alfa Romeo”markasının avtomobillərinin rəsmi servis mərkəzi “Avtolux Azerbaijan” şirkəti Ü.Hacıbəyli 57 ünvanında yerləşir.

Premium SUV seqmentinə aid olan “Alfa Romeo Stelvio” 95500 manata təklif olunur. Sifarişdən asılı olaraq qiymət daha aşağı ola bilər”. 

Tel.: 983

Qeyd edək ki, “Stelvio” avtomobilini həm nağd şəkildə, həm də sərfəli 5 illik kreditlə almaq olar. “Avtolux Azerbaijan” şirkətinin təklif etdiyi kredit şərtlərinə əsasən, ilkin ödəniş - avtomobil qiymətinin 20%-i, ilk faiz dərəcəsi isə 17%-dir.

Xatırladaq ki, “Avtolux Azerbaijan” “Ferrari”, eləcə də “Ferrari store”, “Lamborghini”, “Collezione Automobile Lamborghini”, “Aston Martin” həmçinin “Jeep”, “Dodge”, “Chrysler”, “Fiat”, “Fiat Professional” və “Abarth” brendlərinin Azərbaycanda yeganə rəsmi distribüteridir və ölkəmizdə ən geniş avtomobil markası cərgəsinə malik olan şirkətdir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri