17 
Noy
2017
01:23
14
118
2230
Virtual karabakh

Məktəb şagirdlərin təhlükəsizliyini necə qoruyur? – VİDEO

17 Noy, 2017
01:23
2230

Məktəb şagirdlərin təhlükəsizliyini necə qoruyur? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Bakıda iki məktəblini avtomobil vurub. 

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə ötən gün paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş verib. 

254 nömrəli məktəbin 3-cü sinif şagirdləri Nazilə Eyvazova və onun sinif yoldaşı Aliyə Osmanova yolu keçərkən sürətlə gələn avtomobil məktəbliləri vuraraq hadisə yerindən qaçıb. Ətrafdakı insanların köməyi ilə ağır yaralı məktəblilər 1 saylı şəhər kliniki tibbi mərkəzə aparılıblar. Məlumata görə, hadisə zamanı uşaqların valideynləri və müəllimələri də yanında olublar. Hadisə onlar “Gənc Tamaşaçılar'” teatrına gedərkən baş verib.

Xəstəxanadan verilən məlumata əsasən, Nazlı Eyvazova başından, Aliyə Osmanova isə bədənin müxtəlif nahiyyələrindən xəsarət alıb. Hər iki yaralı bu gün reanimasiyadan palataya köçürülüb, vəziyyətləri qənaətbəxşdir.

Baş vermiş hadisə bu cür tədbirlərdə məktəb rəhbərliyinin şagirdlərin təhlükəsizliyini necə qoruması məsələsini aktuallaşdırır. Yəni müəllim uşaqları hansısa tarixi yerlərə və yaxud tamaşalara apararkən hansı tədbirləri görür? Qəza zamanı xəsarət alan məktəblilərin müəlliməsi Aynur Allahyarovanın sözlərinə görə, o uşaqları qorumaq üçün qabaqlayıcı tədbir görüb.

Xətai rayon 254 nömrəli məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Aslan Musayevin sözlərinə görə, uşaqların vurulması dərs vaxtı olmayıb. Dərsdən sonra valideynlərin təşəbbüsü ilə həmin sinif tamaşaya baxmağa gedib. Buna görə də məktəb heç bir məsuliyyət daşımır.

Direktor müavini onu da qeyd edib ki, məktəb bu cür tədbirlər keçirdikdə uşaqların təhlükəsizliyi üçün onlar xüsusi servis avtobusları ilə məktəbdən aparılır və gətirilir. Uşaqların piyada olaraq yolda hərəkətinə icazə verilmir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə isə, qəzaya səbəb olan sürücü Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri