17 
Noy
2017
09:45
110
13
2039
Virtual karabakh

Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi başa çatdı – VİDEO

17 Noy, 2017
09:45
2039

Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi başa çatdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa rayonunun Ağstafa-Köşəsgər avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Bu barədə Oxu.Az-a ASC-dən məlumat veilib.

Yol artıq yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir. Ağstafa-Köçəsgər avtomobil yolunun layihə uzunluğu 15.5 km-dir. Bura 3 km uzunluğunda Qırlı-Eynallı avtomobil yolu da daxildir. Yol 3-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. 7 metr hərəkət hissə və hər bir istiqamət üzrə 2.5 metr enində çiyinlər də daxil olmaqla, yolun ümumi eni 12 metr təşkil edir.

Yol ilə xüsusən payız-qış aylarında hərəkətdə müəyyən çətinliklər yaranırdı. Çünki uzun müddət əsaslı şəkildə təmir olunmayan yolda dağılmış və qabarmış hissələr yaranıb. Yolun yenidən qurulması ilə bu problem köklü şəkildə aradan qaldırılıb. Yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının tikintisi işləri aparılıb.

Sonra yolun asfaltlanması işləri görülüb. Ümumilikdə, yolun 100 min m2-dən çox ərazisinə 2 qat olmaqla, 12 sm qalınlığında asfalt-beton örtük döşənib. Aparılan tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün 18 ədəd müxtəlif diametrli suötürücü borular qoyulub, 2 mövcud avtomobil körpüsündə isə təmir işləri aparılıb.

Görülən işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, 46500 metr uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkilib. Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə aparılıb.

2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin hesabına bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə yaşayış məntəqəsinin 18 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşıması isə asanlaşıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri