17 
Noy
2017
15:59
171
72
3380
Virtual karabakh

Şirvanda intizamsız sürücülər cəzalandı – FOTO

17 Noy, 2017
15:59
3380

Şirvanda intizamsız sürücülər cəzalandı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvanda yol polisi reyd keçirib.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Şirvan ŞPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən bu gün keçirilən reyd zamanı avtomobillərinin arxa yan şüşələrinə qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüz vuran, sürət həddini aşan, ötmə, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Şirvan şəhəri ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

Yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri