17 
Noy
2017
15:43
195
21
10879
Virtual karabakh

"Tesla" ilk yük və idman avtomobillərini təqdim etdi – VİDEO

17 Noy, 2017
15:43
10879

"Tesla" ilk yük və idman avtomobillərini təqdim etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın məşhur "Tesla Motors" elektrikli avtomobil istehsalçısı ilk yük və idman avtomobillərinin prototipini Kaliforniya ştatında təqdim edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, "Tesla Semi Truck" elektrikli yük avtomobilinin eyni kateqoriyadan olan dizel avtomobillərinə rəqib olacağı bildirilir.

Kaliforniyanın Xorton şəhərində keçirilən təqdimatda çıxış edən şirkətin icraçı direktoru İlon Mask bildirib ki, onun yaratdığı "Tesla Semi Truck" avtomobili bir elektrikli yüklənmə ilə 36 ton tam yük və maksimal sürətlə 804,5 km yol qət edə biləcək. Avtomobili elektriklə yükləmək üçün sürücü 30 dəqiqə sərf edərək 643,6 km-lik yolu qət etmə imkanı əldə edəcək. Avtomobil boş halda 96 km/saat sürətinə 5 saniyəyə, 36 ton yüklə isə 20 saniyəyə çata bilər. Avtomobilin 1 mil (1,609 km) üçün yanacaq sərfi 0,85 dollar olacaq.

Müqayisə üçün qeyd edək ki, onun dizel variantında eyni göstərici 1,51 dollar təşkil edir. Avtomobillərin seriya halında istehsalına 2019-cu ildə başlanacaq.

Daha sonra İlon Mask "Tesla Roadster" idman avtomobilini təqdim edib. Bu avtomobil 100 km/saat sürətə 1,9 saniyəyə çatır. Maksimal elektrik yükləməsi ilə 1 000 km yol qət edə bilən avtomobilin maksimal sürəti 400 km/saat olacaq. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri