17 
Noy
2017
23:57
24
361
7987
Virtual karabakh

Binəqədidə “Shacman” “07”-nin üstünə aşdı, üç ağır yaralı – VİDEO

17 Noy, 2017
23:57
7987

Binəqədidə “Shacman” “07”-nin üstünə aşdı, üç ağır yaralı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

Oxu.Az Ölkə.Az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda “Qrand” marketin qarşısında qeydə alınıb.

1993-cü il təvəllüdlü Həsənov Tural Alim oğlunun idarə etdiyi “Shacman” markalı yük avtomobili hərəkətdə olarkən "90-NS-989" dövlət qeydiyyat nişanlı, “VAZ-2107” markalı avtomobil yük avtomobilinin qarşısında qəfil dönmə əməliyyatı ilə əyləc sistemindən istifadə edib. Nəticədə yük avtomobilinin yük bortu “VAZ 2107” markalı avtomobilin üstünə aşıb.

Hadisə zamanı “VAZ 2107” markalı avtomobildə olan 3 nəfər ağır bədən xəsarətləri alıb. Qəza ilə bağlı hadisənin baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

S.B.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri