19 
Noy
2017
13:10
15
295
7142
Virtual karabakh

İmişlidə ağır qəza: Ölən var – FOTO

19 Noy, 2017
13:10
7142

İmişlidə ağır qəza: Ölən var – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İmişli rayonunun Bəhramtəpə qəsəbəsində su anbarı yaxınlığında qəza olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Mercedes” və  “VAZ” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 2 nəfər yaralanıb.

Ölən və yaralananların şəxsiyyəti məlum olub.

Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Məhərrəmov Elxan Qafar oğlu həyatını itirib.

İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1957-ci il təvəllüdlü Hüseynov Qorxmaz İbrahim oğlu, İmişli rayon Sarxanlı kənd sakini, 1977-ci il təvəllüdlü  Cabbarov Qabil Aydın oğlu isə yaralanıb.

Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri