19 
Noy
2017
18:35
11
357
9683
Virtual karabakh

Şamaxıda içərisində ailənin 3 üzvü olan avtomobil dərəyə aşdı – YENİLƏNİB

19 Noy, 2017
18:35
9683

Şamaxıda içərisində ailənin 3 üzvü olan avtomobil dərəyə aşdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərbənin təsiri nəticəsində sürücünün gözləri çıxıb.

Şamaxı rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində Şamaxı-Qızmeydan yolunda qeydə alınıb.

Göyçay rayon sakini 1974-cü il təvəllüdlü Ocaqzadə Rəhim Vahid oğlu 10-ZP-606 dövlət nömrə nişanlı “Peugeot” markalı minik avtomobili ilə hərəkətdə olarkən Qızmeydan kəndinin giriş hissəsindəki döngəli yolda idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü Rahim Ocaqzadə və sərnişinləri - Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Fərəcov Bayram Zakir oğlu, həyat yoldaşı 1989-cu il təvəllüdlü Fərəcova Fəridə Məhərrəm qızı və onların azyaşlı övladı, 2013-cü il təvəllüdlü Fərəcov Nihat Bayram oğlu ağır bədən xəsarətləri aldıqları üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə və reanimasiya şöbələrinə yerləşdirilib. Zərbənin təsiri nəticəsində sürücünün gözlərinin çıxdığı, nəticədə görmə qabiliyyətini itirdiyi bildirilir. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

18:02

Şamaxı-Qızmeydan yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, qəza minik avtomobilinin idarəetmədən çıxaraq 30 metr dərinliyində olan dərəyə yuvarlanması nəticəsində qeydə alınıb.

Qəza zamanı Göyçay rayonundan olan 1974-cü il təvəllüdlü sürücü Qurcalızadə Rahim Vahid oğlu, Bakı şəhər sakini Fərəcov Bayram Zakir oğlu (1988), onun həyat yoldaşı Fərəcova Fəridə Məhərrəm qızı (1989) və onların övladı Fərəcov Nihat Bayram oğlu (2013) xəsarət alıb. Sürücünün vəziyyəti ağırdır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri