21 
Noy
2017
13:44
17
465
11514
Virtual karabakh

Sabirabadda baş verən qəzada bir ailənin iki üzvü öldü – FOTO + YENİLƏNİB

21 Noy, 2017
13:44
11514

Sabirabadda baş verən qəzada bir ailənin iki üzvü öldü – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadda “Mercedes”lə “KamAZ” toqquşması nəticəsində xəsarət alan şəxslərdən daha biri ölüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisədə xəsarət alan sürücü, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu Sabirabad Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsində keçinib.

***

20.11.2017 (10:21)

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alanlar bir ailənin üzvləridir.

Hadisə nəticəsində Beyləqan rayon sakini, 1995-ci il təvəllüdlü Cavadzadə Fidan Şamil qızı ölüb, onun bacısı, 1992-ci il təvəllüdlü Sahilə Cavadzadə, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu və 1967-ci il təvəllüdlü Xanzanova Həqiqət Paşa qızı ağır xəsarətlər alıb.

***

09:47

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhramtəpə magistralının Sabirabad rayonu Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.

Qatı dumanlı havada “Mercedes” markalı, 10 MJ 199 dövlət nömrə nişanlı avtomobil “Kamaz” markalı, 10 HA 559 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri