20 
Noy
2017
11:34
6
227
6582
Virtual karabakh

Azərbaycanda faciə: Bir gündə 8 nəfər öldü

20 Noy, 2017
11:34
6582

Azərbaycanda faciə: Bir gündə 8 nəfər öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazar günü Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər ölüb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, dünən ölkədə ümumilikdə 14 ağır yol qəzası baş verib. Bu  qəzalar nəticəsində daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Dünən Siyəzəndə “Mercedes” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində ər və arvadı ölüb. Ağstafada avtomobil 8 yaşlı oğlanı vurub. Göygöl, İmişli, Qazax və Sabirabadda avtomobillərin toqquşması ölümlə nəticələnib. Yevlaxda isə 65 yaşlı piyada “Toyota”nın altında qalaraq ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri