20 
Noy
2017
14:21
105
23
19369
Virtual karabakh

Sürücülərə vacib xəbər – VİDEO

20 Noy, 2017
14:21
19369

Sürücülərə vacib xəbər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ASAN xidmətin sürücülər üçün yaratdığı xidmətlərdən biri olan Asanpay.az saytında elektron kabineti olan sürücülərə vacib xəbər var. 

Oxu.Az Avtosfer.az-a istinadən bildirir ki, bu işlər bitdikdən sonra sayta yeni bir özəllik əlavə edilib.

Bundan sonra elektron kabineti olan sürücülər onlara tərtib edilmiş elektron protokollara əlavə olunan videogörüntüləri rahatlıqla izləyə biləcək.

Elektron kabinetdən çıxarılmış videolardan birini təqdim edirik. Həmin video DYP avtomobilindəki İ-patrul sistemi vasitəsilə qeydə alınıb və sürət həddini aşan bir avtomobili qeydə alıb.

Hər bir sürücü qayda pozuntularına dair foto və videolarla tanış olmaq istəyirsə, Asanpay.az saytında qeydiyyatdan keçərək özünə elektron kabinet yaratmalıdır. Asanpay.az saytına daxil olduqdan sonra qeydiyyat üçün sadə proseduru keçib bu işi heç bir ödəniş etmədən həyata keçirə bilərsiniz ki, gələcəkdə hansısa qayda pozuntusu olarsa, dərhal məlumat ala və foto-videolarla tanış ola biləsiniz.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri