20 
Noy
2017
17:14
37
508
17094
Virtual karabakh

Yol polisi sürücünü təhdid etdi – VİDEO

20 Noy, 2017
17:14
17094

Yol polisi sürücünü təhdid etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar yol polisinin sürücülərə qarşı etdikləri qeyri-etik hərəkətlərə tez-tez rast gəlirik. Bəzi hallarda sürücülərin məlumatsızlıqlarından istifadə edən yol polisləri cərimə protokolları yazır, onları ələ salır, sürücülər hüquq normaları çərçivəsində davrandıqda isə hədə-qorxu gəlirlər.

Oxu.Az xəbər verir ki, belə hadisələrdən biri bu gün paytaxtın Üzeyir Hacıbəyov küçəsi 66 ünvanında baş verib.

Polislə dialoqunu telefonla qeydə almaq istəyən sürücüyə qarşı yol polisi zabitinin işlətdiyi hədə-qorxu dolu və təhqiramiz ifadələr ətrafdakı insanları da şoka salıb.

Əldə etdiyimiz məlumata görə, sürücü ilə mübahisə edən polis kapitanı Elcin İsmayilov (99-YP-438) olub.

Oxu.Az SƏS TV-yə istinadən həmin görüntüləri təqdim edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri