21 
Noy
2017
21:39
16
318
5818
Virtual karabakh

Toydan qayıdan şəxslər qəzaya düşdülər: 1 ölü, 12 yaralı – YENİLƏNİB

21 Noy, 2017
21:39
5818

Toydan qayıdan şəxslər qəzaya düşdülər: 1 ölü, 12 yaralı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyda baş verən yol qəzasında xəsarət alan azyaşlı dünyasını dəyişib. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Bəşirli kəndi ərazisində qeydə alınan yol qəzasında xəsarət alan 3 azyaşlı Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. 

Tibbi yardımlara baxmayaraq, onlardan bir nəfəri, 2010-cu il təvəllüdlü Əliyev Nicat Ramil oğlu dünyasını dəyişib. 

Digər 2 azyaşlının vəziyyəti isə orta ağırdır.         

20:03

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Oka” və “Zaporojets” markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Onlardan 11 nəfəri Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların arasında azyaşlıların da olduğu bildirilir. Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırdılar. 

Faktla bağlı araşdırma aparılır. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri