22 
Noy
2017
15:44
12
261
11031
Virtual karabakh

Bakıda avtobus qəzaya düşdü: Yaralılar var – FOTO + YENİLƏNİB

22 Noy, 2017
15:44
11031

Bakıda avtobus qəzaya düşdü: Yaralılar var – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Bakının Qaradağ rayonunda baş vermiş ağır yol qəzası haqqında məlumat yayıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, noyabrın 21-də saat 13:00 radələrində Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Lənkəran şəhər sakini Yusif Həsənov idarə etdiyi “Hovo” markalı yük avtomobilini yolun kənarında dayanmış “İsuzu” markalı 149 saylı xətt avtobusuna vurub.

Nəticədə avtobusdakı sərnişinlərdən 4-ü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanılıb.

Yük avtomobilini idarə edən Y.Həsənov qeyd olunan maddə ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

***

09:46

Bakının Qaradağ rayonu ərazisində 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində "Howo" markalı yük maşınının yol kənarında dayanmış 149 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusuna çırpılması nəticəsində baş verib.

Qəza nəticəsində xəsarət alanların siyahısı:

1953-cü il təvəllüdlü Qəzənfər İbrahimov
1964-cü il təvəllüdlü Rəhim Səlimov
1966-cı il təvəllüdlü Ulduz Sultanova
1970-ci il təvəllüdlü Xuraman Məmmədova
1975-ci il təvəllüdlü Ağayev İlqar
1980-ci il təvəllüdlü Ramiz Məmmədov
1982-ci il təvəllüdlü Aytəkin Məmmədova
1982-ci il təvəllüdlü Vadim Mütəllibov
1983-cü il təvəllüdlü Atayev Elnur
1996-cı il təvəllüdlü Tapdıq İsmayılov

Son iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digər 8 nəfərin vəziyyəti ağırdır və onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri