22 
Noy
2017
10:24
23
229
8897
Virtual karabakh

Bakıda təhlükəli avtobus – VİDEO

22 Noy, 2017
10:24
8897

Bakıda təhlükəli avtobus – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koroğlu metrosu-Pirşağı qəsəbəsi marşrutunda hərəkət edən avtobuslardan biri qəza vəziyyətində olmasına baxmayaraq, hər gün yüzlərlə sərnişin daşıyır. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 173 saylı marşrut xəttinə məxsus avtobusun bir hissəsi çöküb. 

Sərnişinlər mindikdə isə sağ hissəsi az qala yerlə sürünür. Bu da hər an qəza ola biləcəyindən xəbər verir.

Sərnişinlər bildirirlər ki, bir neçə aydır sözügedən nəqliyyat bu vəziyyətdədir. Lakin alternativ olmadığı üçün həmin avtobusdan istifadə etməyə məcburdurlar.

Avtobusun görüntülərini təqdim edirik:

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri