Dek
2017
20:10
53
532
18458
Virtual karabakh

Şəkidə toydan gələn hərbçilər yol qəzasına düşüb: Ölənlər var

9 Dek, 2017
20:10
18458

Şəkidə toydan gələn hərbçilər yol qəzasına düşüb: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki rayonu ərazisində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Oxu.Az "Report"un Şirvan bürosuna istinadən xəbər verir ki, Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonuna gedən kəsişmə nöqtəsində iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 5-i yaralanıb.

Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir xəstəxanasında dünyasını dəyişib.

Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digər ikisi isə Şəkiyə aparılıb.

Maşınlardan birində toydan qayıdan hərbçilər olub.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri