Dek
2017
22:30
469
107
16953
Virtual karabakh

Masallı sakini qeyri-adi avtomobil hazırladı - VİDEO

9 Dek, 2017
22:30
16953

Masallı sakini qeyri-adi avtomobil hazırladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayon sakini idman üslubunda qeyri-adi avtomobil düzəldib. İki qapısı olan avtomobilin qapıları yuxarı-aşağı və horizantal şəkildə hərəkət etməklə avtomotik açılıb-bağlanır. Oktay Rzayev bu işə 18 ay vaxt sərf edib.

Oxu.Az-ın xezerxeber.az-a istinadla məlumatına əsasə, köhnə avtomobillərin hissələrini bir araya yığıb yeni, idman üslubunda avtomobillər düzəldir. Artıq onun hazırladığı avtomobillərdən birini Masallı yollarında görmək olar.

Rayonun Türkoba kənd sakini Oktay Rzayev uşaqlıqdan maşın həvəskarı olub. Atası ilə birlikdə çalışdığı təmir sexində avtomobil hissələrinin xüsusiyyətini və iş prinsiplərini öyrənib. Sonradan özü də yeni avtomobil modeli düzəltmək həvəsinə düşüb. Oktay Rzayev 18 ay ərzində idman üslubunda qeyri-adi avtomobil hazırlayıb. Usta modelin ərsəyə gəlməsində xaricidə istehsal olunan avtomaşınların hissələrindən yararlanıb.

Avtomobilin qeyri-adi dizaynı var: iki qapı yuxarı-aşağı və horizantal şəkildə hərəkət etməklə avtomotik açılıb-bağlanır. Yanacaq sərfiyyatı isə 100 km-ə 9 litrdir.

Bu, Oktay Rzayevin hazırladığı yeganə avtomobil olmayacaq. O, hazırda daha bir avtomobi üzərində işləyir.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri