11 
Dek
2017
10:43
274
45
17209
Virtual karabakh

"Acqarına yox, xaşla içmişəm" videosu ilə bağlı – RƏSMİ AÇIQLAMA

11 Dek, 2017
10:43
17209

"Acqarına yox, xaşla içmişəm" videosu ilə bağlı – RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki gündür sosial şəbəkələrdə və elektron mediada yayılan videoda baş verənlər həqiqət deyilmiş.

Oxu.Az xəbər verir ki, bu barədə Ölkə.Az-a Bərdə rayon Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru Şükran Cəfərov məlumat verib.

Onun sözlərinə görə, görüntülərin yol polisi əməkdaşlarına aidiyyəti yoxdur: "Videodan açıq şəkildə görünür ki, orada deyilənlər quramadır. İnsanlar da həmin quramaya inanıblar. Kimdirsə, o şəxsi tapıb cəzalandırmaq lazımdır. Ola bilər ki, başqa rayonda çəkilib". 

Qeyd edək ki, sözügedən videoda guya yol polisi əməkdaşları Bərdə rayon sakini Kərimov Xəyyam Pənah oğlunu içkili vəziyyətdə saxlayırlar. O isə israrla spirtli içkini acqarına deyil, xaşla içdiyini bildirir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri