12 
Dek
2017
16:31
58
143
7150
Virtual karabakh

Bakıda daha bir küçədə təmirə bağlandı – FOTO

12 Dek, 2017
16:31
7150

Bakıda daha bir küçədə təmirə bağlandı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin təmiri işlərinə başlanılıb.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, uzunluğu 820 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 14 metr təşkil edir.

Sözügedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə 12 sm qalınlığında olmaqla, yolun 12 min m2 ərazinin asflatlanması nəzərdə tutulub.

Bundan başqa, küçə boyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri də görülür. Təmir işləri çərçivəsində küçə boyu 1150 p/metr yeni səki daşları düzüləcək.

Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə 8 ədəd yeni yağış barmaqlıqları qoyulacaq, 31 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılacaq.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, piyada keçidi zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri