14 
Dek
2017
12:29
92
43
10059
Virtual karabakh

"LEXUS"-dan üçqat yenilik - Bakıda eyni gündə üç yeni model təqdim olundu - FOTO

14 Dek, 2017
12:29
10059

"LEXUS"-dan üçqat yenilik - Bakıda eyni gündə üç yeni model təqdim olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın lüks avtomobil brendi "Lexus" Yeni il ərəfəsində yeniliklərə imza atmaq ənənəsinə yenə də sadiq qaldı. Brend bu dəfə bir deyil, düz üç avtomobilinin 2018-ci il modellərini geniş auditoriyaya təqdim etdi: premium yolsuzluq avtomobili olan "Lexus LX Sport", öz üslubu ilə daim fərqlənən "Lexus NX" və idman avtomobili "Lexus LC".  

"Lexus" Bakı Mərkəzinin təşkilatçılığı ilə "Elektra Events Hall"da keçirilən böyük təqdimat mərasimi populyar "Dərviş" qrupunun özünəməxsus ifası ilə başladı. Qonaqları Azərbaycan dilində salamlayan "Toyota" şirkətinin ölkəmizdəki nümayəndəsi Endi Vatanabe müştəri və iş tərəfdaşlarının brendə sadiqliyi sayəsində "Lexus" Bakı Mərkəzinin artıq 6 ildir fəaliyyət göstərdiyini qeyd etdi. "Lexus" Bakı üçün ilin ən böyük avtohadisələrindən biri olan tədbirdə söz daha sonra "Toyota" Qafqaz şirkətinin rəhbəri Mitsuro Konişiyə verildi. Mitsuro Konişi "Lexus" brendinin Azərbaycanda bu qədər məşhur və sevilən olmasının çox qürurverici olduğunu vurğuladı.   

Şirkət nümayəndələrinin nitqinin yekununda qonaqların səbirsizliklə gözlədiyi məqam yetişdi. "Lexus" Bakı Mərkəzi ilk olaraq lüks kompakt krossoveri – yenilənmiş "Lexus NX" avtomobilini təqdim etdi. Rəngarəng gur işıqlar altında və xüsusi səs effektləri ilə nümayiş olunan "NX" modeli relyefli eksteryeri və nəfis interyeri ilə dərhal bütün diqqətləri öz üzərinə topladı.        

Brendin dizaynındakı innovativ meyilləri özündə birləşdirən yeni "NX" zərif haşiyələnmiş effektiv radiator qəfəsi və duman əleyhinə fənərləri ilə seçilir. Təkmilləşdirilmiş asqı sistemi ən sərt şəraitlərdə sınaqdan keçirilib. 2018-ci ilin "NX"-i şıq şəhər avtomobilidir, texnoloji cəhətdən rahat anlaşılandır. Həm bu, həm də salondakı mükəmməl işlənmiş dəri oturacaqlar və premium akustik sistem yolboyu sürüşdən xüsusi zövq almağa imkan verir. Diqqət mərkəzində olmağı xoşlayan insanlar üçün yaradılmış "NX"-in yenilənmiş modeli krossover haqda ümumi anlayışlara meydan oxuyur.

"NX"-in təqdimatı Yaponiyanın məşhur zərb alətləri ustaları – "Sai" qrupunun səhnəyə çıxması ilə davam etdi. Qrupun fərqli və ekzotik musiqisi təqdimat mərasiminin ab-havasına xüsusi rəng qatmağa nail oldu. Bu ab-havanın dalğasında da yeni "Lexus LX Sport" özəl təmtəraqla qonaqlar üçün sərgiləndi.

Yeni "LX Sport"da hər xırda detal və dizayn elementi bu avtomobilin nüfuz və gücün zirvəsində durmağa iddialı olduğunu vurğulayır. Dəbdəbəli salon, rahat oturacaqlar, geniş yük yeri və dartıcı-ilişmə xüsusiyyətləri bu yolsuzluq avtomobilini SUV kateqoriyasında daha üstün bir pilləyə qaldırır. Crawl Control sistemi yolsuzluq şəraitində əyləc və qaz pedalına toxunmadan avtomobili avtomatik olaraq maneədən çıxarmağa imkan verir.  Yolsuzluq şəraitində yardımçı sistem  - Multi Terrain Select ilə "Lexus" qarşısına çıxan bir çox yolsuzluq problemlərini də asanlıqla dəf etməyə hazırdır. İnnovativ təhlükəsizlik texnologiyası, əyləncə, istirahət və rahatlığı özündə birləşdirən "Lexus Enform" ilə yeni "LX Sport" sərnişinlərinə lüks və komfortlu səyahət hissini yaşadır. Ən xırda detallarda diqqətlilik "Lexus LX Sport"u SUV standartlarının diktəedicisinə çevirir. 

Mərasim iştirakçılarının "LX Sport" ilə ilkin tanışlığından sonra yenidən səhnəyə çıxan "Dərviş" qrupu qonaqlara növbəti maraqlı anlar yaşatdı. "Lexus" Bakı Mərkəzi brendin digər bir modeli – lüks sedan seqmentinin parlaq nümunəsi olan "LS" barədə də auditoriyaya qısa informasiya təqdim etdi. Bildirildi ki, 2018-ci ilin "LS" modeli yeni nəsil sedandır. Öz sinfində avtomobil ideyasını tamamilə dəyişib lider olan "LS" bu gün keyfiyyət, lüks və üslubları birləşdirən premium avtomobildir. Yeni "LS"-in 2018-ci ilin yaz aylarında satışa çıxarılacağı gözlənilir. Daha sonra qonaqların qarşısına çıxan populyar "Banderos" qrupunun ritmik musiqisi şou-proqramın kuliminasiya nöqtəsi oldu. Sonda təqdim olunan 3-cü model -  idman avtomobili "Lexus LC" tədbirin parlaq yekunu oldu. "LC Lexus"un avtomobil cərgəsində yaradıcı həllərin və inqilabi yanaşmanın sintezi kimi tanınır. "LC"-nin 471 at gücünə malik 5 litrlik V8 mühərriki dağlıq və magistral yollarda aparılan 24 saatlıq sınaq sürüşlərin nəticələrinə əsasən hazırlanıb. Yeni "LC 500" öz seqmentində dizayner və mühəndis qruplarının sıx əməkdaşlığının ən parlaq nümunəsi hesab olunur.           

Tədbir qonaqların yeni modellərlə daha yaxından tanış olması üçün bütün arzu edənlərin səhnəyə dəvət olunması ilə başa çatdı. Qeyd edək ki, hər bir avtomobil öz auditoriyası tərəfindən böyük maraqla izləndi. Mərasim iştirakçıları modellərin istər lüks korpusu, istər rahat və komfortlu interyeri, istərsə də, texniki özəllikləri ilə ayrı-ayrılıqda tanış oldular.

"Lexus"un yeni modelləri barədə ətraflı məlumat almaq üçün www.lexus.az saytını ziyarət edə bilərsiniz. Əlaqə telefonu: (0 12) 490 50 50 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri