15 
Dek
2017
11:05
91
12
4227
Virtual karabakh

Prokurorluq şəhid qızını vuraraq öldürən sürücü ilə bağlı məlumat yaydı

15 Dek, 2017
11:05
4227

Prokurorluq şəhid qızını vuraraq öldürən sürücü ilə bağlı məlumat yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluq paytaxtda ölümlə nəticələnmiş qəza ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılmayıb.

Qeyd edilən yol-nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı avtomobili idarə etmiş şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində baxılıb və həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar dəyişdirilmədən qüvvəsində saxlanılıb. Həmin cinayət işi üzrə müdafiə tərəfindən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Səbail rayon məhkəməsinə müraciət edilməyib və bununla əlaqədar məhkəmə iclası keçirilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri