16 
Dek
2017
12:17
8
330
4758
Virtual karabakh

Bakıda avtomobil ana və övladını vurub, uşaq ölüb

16 Dek, 2017
12:17
4758

Bakıda avtomobil ana və övladını vurub, uşaq ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Bakıda ana və övladının avtomobil tərəfindən vurulması haqda məlumat yayıb. 

Oxu.Az-ın xəbərinə görə, bildirilib ki, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.

Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri