11 
Yan
2018
10:33
113
32
2065
Virtual karabakh

Hacıqabulda deformasiyaya uğramış körpü təmir olunur

11 Yan, 2018
10:33
2065

Hacıqabulda deformasiyaya uğramış körpü təmir olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul şəhəri) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata görə, aparılan bərpa işləri ilə əlaqədar olaraq sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri