11 
Yan
2018
17:04
15
274
6120
Virtual karabakh

Bakıda betonqarışdıran maşın avtobusa çırpıldı – FOTO

11 Yan, 2018
17:04
6120

Bakıda betonqarışdıran maşın avtobusa çırpıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən “Səkkizinci kilometr” bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında qəzaya uğrayıb.

Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb.

Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Sərnişinlərdən biri nisbətən ağır yaralanıb. Məlumata görə, avtobusun sınmış şüşələri 14 yaşlı sərnişinin boğaz və əlini kəsib.

Hadisə yerinə təcili yardım gəlib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri