15 
Yan
2018
14:48
19
87
4535
Virtual karabakh

Sürücülərin nəzərinə: Bu körpüdən keçərkən diqqətli olun – XƏRİTƏ

15 Yan, 2018
14:48
4535

Sürücülərin nəzərinə: Bu körpüdən keçərkən diqqətli olun – XƏRİTƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul rayonu) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki (Bakı şəhəri istiqaməti) deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır. 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata görə, aparılan bərpa işləri ilə əlaqədar olaraq körpünün sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhəri istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti əks istiqamətə yönəldilməklə təmin olunacaq.

Sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri