16 
Yan
2018
12:41
33
367
7159
Virtual karabakh

Yol polisi: Sürücü məsuliyyətdən yayınmaq üçün özünü yandırıb

16 Yan, 2018
12:41
7159

Yol polisi: Sürücü məsuliyyətdən yayınmaq üçün özünü yandırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi Ağdaş rayonunda sürücünün DYP əməkdaşları tərəfindən saxlandığına görə intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyev Oxu.Az-a bildirib ki, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu idarə etdiyi 10 LS 956 dövlət nömrə nişanlı, “VAZ 2105” markalı minik avtomobili dövlət qeydiyyat nişanları yaxşı görünmədiyinə görə saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, məhkəmə qərarı ilə H.Söhbətovun sürücülük hüququ məhdudlaşdırılıb, nəqliyyat vasitəsinin üzərinə həbs qoyulub.

“Sürücü məsuliyyətdən yayınmaq üçün, ya başqa bir səbəb görə, heç bir sənəd təqdim etməyərək, avtomobilin baqaj hissəsindən benzin dolu şüşəni götürüb, üzərinə tökərək özünü yandırıb. Elə həmin anda Yol Patrul Xidmətinin əməkdaşları alovu söndürüb, sürücünü xəstəxanaya çatdırlıblar”. 

K. Əliyev qeyd edib ki, dövlət yol polisi əməkdaşları heç bir qanunazidd hərəkətləri etməyiblər: 

“Yol patrul xidmətinin əməkdaşları sürücünü qanunu pozduğu üçün saxlayıblar, həmin şəxsin belə bir addım atması onun psixoloji problemləri ilə bağlıdır. Əgər avtomobilin saxlanması ilə bağlı hər hansı qərar varsa, onu kimin idarə etməsinə baxmayaraq, həmin nəqliyyat vasitəsi saxlanılıb duracağa yerləşdirilməlidir. Baş vermiş insident zamanı inspektor da öz vəzifəsini icra edib. DYP əməkdaşı vizual olaraq, hər hansı qayda pozunutusunu görürsə, ona biganə qala bilməz. Hüquq-mühafizə orqanlarının əməkdaşı qaydanı pozan insanın hansı addım atacağını əvvəlcədən proqnozlaşdıra bilməz”.

Polis polkovniki əlavə edib ki, intihara cəhd edən Söhbətov Həsənağa narkotik maddələrdən istifadə etdiyinə görə əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri