18 
Yan
2018
09:15
5
118
4639
Virtual karabakh

Bakıda motosiklet avtobusa çırpıldı: Ölən və yaralanan var – FOTO

18 Yan, 2018
09:15
4639

Bakıda motosiklet avtobusa çırpıldı: Ölən və yaralanan var – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda “Daewoo” markalı avtobusla motosiklet toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobusun altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məlumata görə, 2001-ci il təvəllüdlü Rauf Heybətovun idarə etdiyi motosikletdə bir sərnişin də olub. Binə qəsəbəsinə gedən yolda motosikletin 160 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusuna çırpılması nəticəsində onun sürücüsü R.Heybətov hadisə yerində dünyasını dəyişib, onun sərnişini - 2001-ci il təvəllüdlü Qurbanov Rövşən Vahid oğlu isə xəsarətlə xəstəxanaya çatdırılıb.

Yol qəzasının təfərrüatlarını Xəzər polisi araşdırır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri