Fev
2018
11:55
31
511
13593
Virtual karabakh

Zaqatalada biznesmen nişan günü öldü

5 Fev, 2018
11:55
13593

Zaqatalada biznesmen nişan günü öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə, saat 00:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Zaqatala şəhəri ərazisində keçən hissəsində baş verib.

Zaqatala şəhər sakini, 1983-cü il təvəllüdlü Əhməd Nizami oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı, 10-ZS-062 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol ayrıcındakı beton maneəyə çırpıb.

Qəza nəticəsində Əhməd Həsənov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, Əhməd Həsənov Rusiyada bizneslə məşğul olub. Bir neçə gün əvvəl ailə qurmaq məqsədilə doğulduğu Zaqatala şəhərinə gəlib. Hadisə baş verən gün isə mərhumun nişan mərasimi olub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri