12 
Fev
2018
21:05
259
79
11203
Virtual karabakh

Formula-1-in hazırkı müqaviləsi Azərbaycanı qane etmir – RƏSMİ

12 Fev, 2018
21:05
11203

Formula-1-in hazırkı müqaviləsi Azərbaycanı qane etmir – RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin təşkilatçıları, bu ilin yayına qədər “kral yarışı”nın rəhbərliyinə, onlarla müqaviləni 2025-ci ilədək uzadıb-uzatmacaqlarına dair cavab verməlidir.  

Oxu.Az-ın məlumatına görə, bunu TASS-a Azərbaycan Qran-Prisinin promouteri Arif Rəhimov bildirib.

Onun sözlərinə görə, hazırkı müqavilə 2020-ci ildə bitir.

Gənclər və İdman naziri Azad Rəhimov, bu yarışların Azərbaycanda 2016-ci ildən etibarən keçirildiyini xatırladaraq, bildirib ki, bu yarışların keçirilməsi üçün çəkilən xərcin 80 faizini Azərbaycan ödəyir.

“Bir neçə ay ərzində, biz Formula-1 rəhbərliyinə müqavilənin daha 5 il müddətinə, 2025-ci ilədək uzadılması ilə bağlı cavab verməliyik. Hamı başa düşür ki, hazırki müqavilə qəbuledilməzdir. Mənə elə gəlir ki, bunu Formula-1-in yeni rəhbərliyi də başa düşür. Burada söhbət bizim ödədiyimiz məbləğdən, bəzi kommersiya şərtlərindən gedir. Amma onu deyim ki, bizim eyni zamanda bu “kral yarışları”nı Azərbaycanda saxlamaq niyyətimiz var”.  

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 27-29 aprel tarixlərində keçiriləcək.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri