19 
Fev
2018
11:30
130
42
4506
Virtual karabakh

“Audi Azərbaycan” və “LIQUI MOLY” güclərini birləşdirdi – FOTO

19 Fev, 2018
11:30
4506

“Audi Azərbaycan” və “LIQUI MOLY” güclərini birləşdirdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın avtomobil brendi və Almaniyanın mühərrik yağı istehsalçısı güclərini birləşdirir.

Oxu.Az xəbər verir ki, “Audi Azərbaycan” və Almaniyanın mühərrik yağları və qatqıları üzrə mütəxəssisi olan “LIQUI MOLY” birgə əməkdaşlıq haqda razılığa gəliblər.

Bundan sonra “LIQUI MOLY” “Audi” şirkətini yağlar, qatqılar və digər çoxsaylı mayelərlə təmin edəcək. 

Bu münasibətlə hər iki şirkətin nümayəndələri mətbuat konfransı keçirib. Konfransda media nümayəndələrinin suallarını cavablandıran “LIQUI MOLY” şirkətinin Azərbaycan üzrə məsul əməkdaşı Andreas Maydel bildirib ki, bu saziş “Audi” ilə olan xüsusi münasibətləri nümayiş etdirir:

“Bir çox rəqiblərimiz arasında Azərbaycan kimi ölkələrə xüsusi diqqətin yetirilməməsi müşahidə olunur. Lakin biz bu ölkədə böyük imkanları çox-çox əvvəl görmüşdük.

Özəl yanaşma strategiyamız özünü doğrultdu. Hazırda “LIQUI MOLY”nin Azərbaycandakı dövriyyəsi bir neçə Avropa ölkəsindən daha böyükdür”.

Andreas Maydel əmin edir ki, Azərbaycandakı sürücülərin əldə etdikləri “LIQUI MOLY” yağları və qatqıları Almaniyadakı sürücülərin istifadə etdikləri məhsullarla tamamilə identik məhsullardır. Müvəffəqiyyətin daha bir amili odur ki, “LIQUI MOLY” özünü yalnız yağ və qatqıların satıcısı kimi deyil, eyni zamanda, fərdi sürücülərə, yağdəyişmə və servis məntəqələrinə maksimal fayda və verimlilik zəmanətçisi olaraq təqdim edir.

Müvafiq olaraq “LIQUI MOLY” öz məhsullarının istifadə qaydası və son texnoloji yeniliklər haqqında məlumatların çatdırılması məqsədilə mütəxəssislər üçün çoxsaylı tədris proqramları və təlimlər təşkil edir.

Tədbir zamanı “Audi Azərbaycan” şirkətinin müdiri Fərid Aslan qeyd edib ki, “LIQUI MOLY” məhsulları, “Audi”nin öz təchizatçılarından tələb etdiyi yüksək standartlara cavab verir:

“Belə bir partnyorla əməkdaşlıq bizim üçün çox xoşdur”.

O, şirkətinin böyük planlarının olduğunu vurğulayıb: 

“Yaxın gələcəkdə Qafqazda ən böyük və möhtəşəm “Audi” satış məntəqəsinin açılışını planlaşdırırıq”.

Tədbirdə qeyd edilib ki, “LIQUI MOLY”nin avtomobil istehsalçıları, xüsusən də alman şirkətləri ilə çox sıx münasibətləri olur. Almaniyada “Audi” və “LIQUI MOLY” şirkətlərinin baş qərargahları bir-birindən təxminən iki saatlıq məsafədə yerləşir. Bu da sıx əməkdaşlığın əsas səbəblərindən biridir.

“LIQUI MOLY” bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da öz məhsullarının satışını bazara birbaşa yox, müstəqil idxalçı - partnyorlar vasitəsilə həyata keçirir. Bakıda bu partnyor “Azinterservice Co.” firmasıdır. 

Tədbirdə iştirak edən firmanın baş meneceri Azər Məmmədov bildirib ki, belə bir əməkdaşlıq zərurəti müasir mühərriklərdə yağlara qoyulan çoxsaylı tələblərdən irəli gəlir: 

“Yağ yalnız yağlama deyil, həm də mühərrikin təmizlənməsi, korroziyadan müdafiə funksiyasını yerinə yetirməklə, geniş temperatur diapazonlarında işləməli, daxili sürtünməni azaltmalı və nəticədə əvvəlki illərə nisbətən mühərrikin yağ dəyişmə intervallarının uzadılmasına imkan yaratmalıdır.

Bu səbəbdən müasir mühərrik yağları artıq, sadəcə, universal yağlayıcılar deyil, hər bir mühərrik üçün məxsusi olaraq özəl lahiyəndirilmiş maye halında olan “ehtiyat hissəsidir”. Yanlış yağ istifadəsi yanlış ehtiyat hissənin quraşdırılmasına bənzəyir”.

Qeyd edək ki, “LIQUI MOLY”Azərbaycanda 20 ildir ki fəaliyyət göstərir və şirkətin daxili qanununlarına əsasən, bütün məhsullar yalnız Almaniyada istehsal olunur və  birbaşa Azərbaycana çatdırılır. 

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri