26 
Fev
2018
15:51
242
42
13359
Virtual karabakh

“Sahil” metrostansiyasının açılacağı tarix bəlli oldu

26 Fev, 2018
15:51
13359

“Sahil” metrostansiyasının açılacağı tarix bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçən ilin avqust ayından təmirə dayandırılan “Bakı metropoliteni” QSC-nin “Sahil” stansiyası bu il iyulun 1-nə qədər təhvil veriləcək.

Oxu.Az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N. Paşayevin sözlərinə görə, hazırda stansiyada korroziyaya məruz qalmış avadanlıqlar dəyişdirilir.

Eyni zamanda, eskalatorların quraşdırılması davam etdirilir.

Qeyd edək ki, bu il “Xətai” metrostansiyası təmirə bağlana bilər. “Sahil” stansiyası yayda istifadəyə verildikdən sonra “Xətai” metrostansiyasının təmirinə başlanması gözlənilir. Təmir işləri stansiyada olan eskalatorların 50 illik istismar müddətini başa vurması ilə əlaqədardır.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri