12 
Mar
2018
09:49
21
320
13490
Virtual karabakh

Sumqayıtda ağır qəza: Ölənlər var – FOTO + VİDEO

12 Mar, 2018
09:49
13490

Sumqayıtda ağır qəza: Ölənlər var – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, şəhərin 9-cu mikrorayonu ərazisində “Hyundai” markalı avtomobillə “50-BY-671” dövlət qeydiyyat nişanlı “Oka”nın toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Ölən şəxslər “Oka”nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələlik məlum olmayan sərnişinidir. 

Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə çıxarılıb.

Yaralılar, eləcə də, “Hunday”ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-yə aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri