12 
Mar
2018
11:46
104
35
7271
Virtual karabakh

Tam yeni “MAZDA CX-5 2018” artıq satışda – FOTO

12 Mar, 2018
11:46
7271

Tam yeni “MAZDA CX-5 2018” artıq satışda – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mazda Azərbaycan” 2018-ci ilin tam yenilənmiş “Mazda CX-5” modelini müştərilərin ixtiyarına verib.

Oxu.Az xəbər verir ki, bu, özündən əvvəlki modelin dinamik xarakteri ilə yanaşı, dizayn və texnologiyalara müasir yanaşma gətirən avtomobildir. 

“Mazda” mühəndisləri sadə formalar sayəsində kölgə-işıq oyununu məharətlə əks etdirərək avtomobilə həm zəriflik, həm də güc bəxş ediblər. Üçölçülü radiator qəfəsi və yeni faralar isə bu qüvvətli görünüşü bir daha vurğulayır.

Salonda hər şey sürücünün və sərnişinlərin rahatlığı üçün təşkil olunub. Yenidən qurulmuş alətlər paneli, vacib informasiyanı nümayiş etdirən proyeksiya ekranı, möhkəm metal elementlər və keyfiyyətli örtük materialı, həmçinin, MZD Connect multimedia sistemi və BOSE audiosistemi səfərlərinizin hərtərəfli komfortunu təmin edir. 

Bir sıra intellektual həll üsulları (Adaptive LED Headlamps, Blind Spot Monitoring, Advanced Smart City Brake Support və s.) sayəsində yüksək təhlükəsizliyə nail olunub. Dözümlü və zərbəni udan korpusla innovativ i-ACTIVSENSE texnologiyalarının spektri də təhlükəsizliyi dəstəkləyir.

“Mazda” yeni “CX-5”-in dinamikasını SKYACTIV TECHNOLOGY və yeni G-Vectoring Control sistemlərinə etibar edib. 

Artıq avtomobillə “Mazda”nın ölkəmizdəki rəsmi dileri “Mazda Avtomobil Mərkəzi”nin salonunda tanış olmaq mümkündür. Mərkəz Bakı-Sumqayıt şossesi, 6-cı km. ünvanında yerləşir. Daha ətraflı məlumat üçün www.mazda.az saytına daxil ola, yaxud (012) 349 01 00 nömrəsinə zəng edə bilərsiniz. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri