Apr
2018
12:02
10
476
9758
Virtual karabakh

Sumqayıtda təsərrüfat işçisi yol qəzasının qurbanı olub - YENİLƏNİB

9 Apr, 2018
12:02
9758

Sumqayıtda təsərrüfat işçisi yol qəzasının qurbanı olub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması hadisəsi barədə açıqlama verib.

Oxu.Az-ın xəbərinə görə, DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Report-a bildirib ki, Sumqayıt Yaşıllaşdırma İdarəsinin işçisi, şəhər sakini Vidadi Rəsulov Koroğlu küçəsində yolu piyadalar üçün müəyyən olunmamış yerdən keçərkən Tariyel Xəlilovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə vurulub. 

V.Rəsulov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

10:44

Sumqayıt şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.  

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri