Apr
2018
11:33
41
181
5460
Virtual karabakh

“Formula-1”lə əlaqədar paytaxt sakinlərinə icazə sənədləri veriləcək

9 Apr, 2018
11:33
5460

“Formula-1”lə əlaqədar paytaxt sakinlərinə icazə sənədləri veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” Azərbaycan Qran-Prisi zamanı nəqliyyatın hərəkəti üç ərazidə qadağan ediləcək.

Oxu.Az xəbər verir ki, bunlar İçərişəhər, Azadlıq Meydanı və BMT-nin 50 illiyi küçəsidir.

Bu zonalara daxil olmaq üçün icazə sənədi almaq lazım gələcək. Belə ki, müvafiq olaraq İçəri şəhər Dövlət Tarix-memarlıq Qoruğu İdarəsi, 4 saylı Mənzil Kommunal İstismar Sahəsi və 58 saylı Mənzil Kommunal İstismar Sahəsindən icazə sənədlərinin alınması mümkündür.

İcazə sənədi olanlar İçərişəhər və Azadlıq Meydanı zonasına saat 00:00-06:00 BMT-nin 50 illiyi küçəsi zonasına isə istənilən vaxt daxil ola biləcəklər.

Qeyd edək ki, bu müddət 23 aprel - 1 may tarixləri üçün etibarlıdır.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri