20 
Apr
2018
15:07
19
141
4860
Virtual karabakh

Yol qəzaları və mentalitet - ƏLAQƏ

20 Apr, 2018
15:07
4860

Yol qəzaları və mentalitet - ƏLAQƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il Azərbaycanın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrində 700-1000 nəfər həyatını itirir, 2000-dən çox insan əlil olur. 

Bu cür qəzalar ölkəmizdə tez-tez baş verir və bu nə ilə bağlıdır?

Oxu.Az bu suala cavab tapmağa çalışıb: 

Rəsmi statistikaya görə, 2017-ci ildə 3 365 417 yol-hərəkəti qaydalarının pozulması faktı qeydə alınıb ki, bunlardan 1 765 911-i və ya 52,5 faizi sürət həddinin aşılmasına görə baş verib.

9 375 fakt və ya 0,3% avtomobili sərxoş vəziyyətdə idarə edənlərin payına düşür. 

Müqayisə üçün: Rusiyada sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslərin törətdikləri qəzalar yol-nəqliyyat hadisələrinin ümumi sayının 40 faizinə bərabərdir, Estoniyada daha çox işıqforun tələblərinin pozulması faktı qeydə alınır. 

Ekspertlər bütün bu hadisələrin səbəbləri kimi xalqların mentalitetlərini göstərir - ruslar içməyi sevir, estonlar isə mentalitet qəbul etmir. 

Ölkəmizdə də eyni qanunauyğunluqları görmək mümkündür. 

Azərbaycanlılar avtomobillərini sürətlə idarə etməyi sevir. Hansı avtomobili idarə etməsinin fərqi yoxdur.

Uşaq yaşlarından biz bu ifadələri eşidirik:

“Kimin ağa olduğunu maşına göstərməlisən”, “Motor güclüdürsə, ona əzab verməməli və yavaş sürməməlisən” və ya “Təhlükəsizlik kəməri taxma, yoxsa sürücüyə inanmırsan?”

Maraqlıdır, “YouTube” video portalında “yarış” və ya “drift” sözlərini axtararkən nəticələrdə birinci yerdə ərəblərin, ikinci yerdə isə azərbaycanlı avtoxuliqanların videoları çıxır. 

Beləliklə, Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin səbəbləri ilə xalqın mentalitetinin əlaqələri üzə çıxır, demək, qəzaların qarşının alınması alınması üçün tədbirlər, cərimələrin sərtləşdirilməsi və polis reydləri zamanı bu faktor da nəzərə alınmalıdır. 

Nəqliyyat üzrə ekspert Azər Allahverənov qeyd edib ki, Azərbaycanda yol qəzalarının ölümlə nəticələnməsinə daha bir səbəb piyadaların vurulmasıdır. 

“Ötən il təkcə Bakıda piyadaların vurulması ilə nəticələnən qəzalar zamanı 359 nəfər həlak olub. Bu hadisələrin yarısı piyadaların öz səhvləri səbəbindən baş verib. 

Misal üçün, elə təsəvvür yaranıb ki, maşının sürətlə yaxınlaşmasına baxmayaraq, piyada “zebra” üzərinə hərəkət edə bilər”, - ekspert deyib. 

O bildirib ki, sürətə sevgidən başqa, bizim sürücülər arasında belə bir fikir formalaşıb:

“Maşın tramvay deyil, ötəcək”. 

“Bu fikirlərdən qurtulmaq lazımdır. Bu, çox vacibdir. Cəmiyyətə “yol mədəniyyətini” öyrətmək üçün məktəblərdə maarifləndirici tədbirlər görmək vacibdir. Gələcək nəsil “yol terroru”nun risklərini anlamalıdır”, - Allahverənov əlavə edib. 

Əli Məmmədov 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri